Dünya 13:12 07.04.2023

Braziliya prezidenti sülh üçün Krımı Rusiyaya verməyi təklif etdi

Braziliya prezidenti Luis İnasio Lula da Silva Ukraynaya müharibəni dayandırması üçün Krım yarımadasını Rusiyaya verməyi təklif edir.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Le Figaro” da Silvanın aprelin 6-da Braziliyada jurnalistlərlə görüşdə verdiyi bəyanata istinadən yazır.

"(Rusiya prezidenti Vladimir Putin) Ukrayna ərazisini ələ keçirə bilməz. Ola bilsin, Krımı müzakirə edək. Amma o, işğal edib, bunu düşünməlidir... Zelenski də hər şeyi istəyə bilməz... Dünyanın sülhə ehtiyacı var... Biz həll yolu tapmalıyıq”, - Braziliya prezidenti bildirib.

ABŞ dövlət katibi Entoni Blinken də Krım mövzusuna toxunub. Onun sözlərinə görə, Krımın qaytarılması barədə qərar ukraynalıların iradəsini nəzərə alaraq, dövlət başçısı kimi prezident Volodimir Zelenski tərəfindən qəbul edilməlidir.

"Ukrayna demokratik ölkədir. Prezident Volodimir Zelenski ölkəsinin rəhbərliyinə görə məsuliyyət daşıyır... Amma o, həm də ukraynalıların iradəsinə açıq olmalıdır", - Blinken Krımın qaytarılmasını şərh edərkən "Funke Mediengruppe”a deyib https://www.tagesschau.de/ .

Onun fikrincə, bir çox başqa ölkələrlə birlikdə Birləşmiş Ştatlar Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini müdafiə etməyə və ölkənin işğal olunmuş hissələrini geri qaytarmağa kömək etməyə hazırdır.

"Bura qarşıdakı həftələrdə başlayacaq əks-hücum da daxildir", - Blinken bildirib.

Aprelin 6-da Ukrayna prezidenti ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Ukraynanın Krım məsələsində Rusiyaya güzəştə getməyəcəyini açıqlayıb. 

Nizami Bağırov