İdman 11:26 25.03.2023

Braziliyanın yeni "10 nömrə"si

Braziliya millisi şənbə günü yoldaşlıq görüşündə Mərakeşlə qarşılaşacaq.

Qaynarinfo xəbər verir ki, dünya çempionatındakı çıxışı ilə diqqətləri cəlb etməyi bacaran mərakeşlilər yarımfinalda Fransaya məğlub oldu. Elə dünya çempionatının əsas favoritlərindən biri kimi göstərilən Braziliya millisi də ümidləri doğrultmadı. Penaltilər seriyasında Xorvatiyaya məğlub olan "Sambaçılar"ın 2002-ci ildən bəri çempionluq həsrəti davam edir. 

İki komandanı bir araya gətirəcək matçda mövsümü bağlayan Neymar zədəsi səbəbindən iştirak edə bilməyəcək. Onun əvəzində isə meydana Rodriqo çıxacaq. Əfsanəvi "10 nömrə" Pelenin ölümündən sonra ilk dəfə doğma meydanda oynayacaq Braziliyada bu nömrəli futbolkanı Neymarın yoxluğunda Rodriqo geyinəcək. 

İndiyədək millidə 12 oyun keçirən "Real"ın 22 yaşlı futbolçusu 1 qolun müəllifidir.

Səbuhi Həsənov