Dünya 17:56 17.03.2023

Britaniya Gürcüstan və Moldovanı Rusiyadan qorunmaq üçün pulla təmin edəcək

Böyük Britaniya Gürcüstanda demokratiyanı gücləndirmək və Qafqaz ölkəsini 2024-cü ilə planlaşdırılan parlament seçkilərinə Rusiyanın müdaxiləsindən qorumaq üçün ona 500 min funt sterlinq ayırır. 

Qaynarinfo xəbər verir ki, bundan əvvəl Moldovada səfərdə olmuş xarici işlər, birlik və inkişaf üzrə dövlət katibi Ceyms Kleverlinin Tbilisiyə səfəri zamanı məlum olub.

Böyük Britaniya Moldovada enerji sektoru da daxil olmaqla iqtisadi və idarəetmə islahatlarını dəstəkləmək üçün daha böyük məbləğ - 10 milyon funt sterlinq ayırıb.

 "Biz Gürcüstanın Rusiyadan gələn hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirməliyik, - deyən cənab Kleverli bu ölkələrin xalqlarının demokratik seçimini qoruyub saxlamalı olduğunu əlavə edib. - Moskva dövlətlərin demokratiyası, suverenliyi və ərazi bütövlüyünə açıq-aşkar zərbə vurduqda, Böyük Britaniya kənarda dayanmayacaq”, - deyə dövlət katibi vurğulayıb.

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ilə keçirdiyi birgə brifinqdə britaniyalı qonaq Londonun "Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü” dəstəklədiyini bir daha təsdiqləyib, "Rusiyanın 2008-ci ildəki işğalını” və "Rusiya qoşunlarının Abxaziya və Cənubi Osetiyada mövcudluğunu” pisləyib. 

Eyni zamanda, o, Rusiya Federasiyasını Abxaziya və Cənubi Osetiyadan qoşunlarını çıxarmağa çağırıb, Gürcüstan rəhbərliyini "ortaq dostumuz Ukraynaya kömək etdiyinə”, eləcə də "anti-Rusiya sanksiyalarına qoşulduğuna və riayət etdiyinə” görə tərifləyib və 1987-ci ildə Böyük Britaniyanın Baş naziri Marqaret Tetçerin Tbilisiyə tarixi səfərini xatırladıb. 

Həmin vaxt Böyük Britaniyanın Baş naziri SSRİ xarici işlər naziri Eduard Şevardnadzeyə hörmət əlaməti olaraq Gürcüstan SSR-ə gelib. "Və bu səfərdən qısa müddət sonra Sovet İttifaqı dağıldı" deyə Böyük Britaniyanın dövlət katibi qeyd edib. 

Nizami Bağırov