Dünya 22:14 29.02.2024

Britaniyada kralın ölümündən sonra hakimiyyətin ötürülməsi planını hazırlanıb - "Menai körpüsü"

Bukingem sarayı kral III Çarlzın ölümü halında hakimiyyətin ötürülməsi planını hazırlayıb. 

Qaynarinfo "The Mirror"a istinadən xəbər verir ki, kod adı "Menai körpüsü" olan planda hakimiyyətin taxt varisi şahzadə Uilyama ötürülməsi nəzərdə tutulur. 

Nəşr qeyd edir ki, Bukingem sarayı planın təfərrüatlarını kralın kiçik oğlu şahzadə Harriyə açıqlamamağa çalışır.

Fevralın əvvəlində III Çarlza xərçəng diaqnozu qoyulub, bundan sonra o, ictimai tədbirlərdə iştirakdan imtina edib. 

İddia olunur ki, kralın yaşını (73 yaş) nəzərə alaraq, hakimiyyətin ötürülməsi planları kraliça II Elizabetin ölümündən qısa müddət sonra hazırlanmağa başlanıb

"Hətta kral öz bəyanatında (taxt-taca çıxmağa razılığı haqqında-red.) ömrünün ona imkan verdiyi müddətcə bu rolu oynamağa davam edəcəyini dedi. Onun 73 yaşı var və biz bunu yadda saxlamalı və yenidən gələcək üçün planlar qurmağa başlamalıyıq", deyə kral ailəsinin təhlükəsizlik işçisi Simon Morqan bildirib.

"Menai körpüsü" planı bir çox cəhətdən 1960-cı illərdə kraliça II Elizabetin ölümü halında hazırlanmış və sonra bir neçə dəfə təkmilləşdirilmiş "London körpüsü" planına bənzəyir. Bu cür planlar monarxın ölümü, ölkədə matəm və varisin taxta çıxması ilə bağlı bütün hadisələri nəzərdə tutur.

Kral ailəsinin həyatı ilə bağlı məsələlər üzrə ekspert Tom Quinnin sözlərinə görə, şahzadə Harri ilə bağlı ailədəki çoxsaylı münaqişələrdən, xüsusən də onu ittiham edən xatirələrini dərc etdikdən sonra sarayda heç kim ona güvənmir. Hətta şahzadə və həyat yoldaşı nənəsi kraliça II Elizabetin ölüm xəbərini mətbuatdan öyrəib.

"Hakimiyyətin ötürülməsi planı çox məxfi xarakter daşıyır və heç kim Harrinin bu işə qarışacağına inanmır. Ona görə ki, əgər o, özünü hər hansı bir şəkildə əlverişsiz hiss edərsə və ya layiq olduğuna inandığı şey verilməsə, dərhal mediaya müraciət edəcək", Tom Quinn bildirib.

Aydın