Ekonomiks 13:30 14.01.2024

Bu avtomobillər yola çıxmasın! (XƏBƏRDARLIQ)

Baş Dövlət Yol Polisi İdarəsi nasaz nəqliyyat vasitələri ilə yola çıxan sürücülərə müraciət edib.

BDYPİ-dən bildirilib ki, magistral və paytaxt yollarının buzlanma ehtimalı nəzərə alınaraq sürücülərə tövsiyə olunur ki, texniki vəziyyəti nasaz olan, şinləri normalara cavab verməyən avtomobillərlə yola çıxmasınlar.

Qeyd edilib ki, bu növ nəqliyyat vasitələrinin eniş və yoxuşlarda sürüşməsi və ya yollarda qalması digər hərəkət iştirakçılarının fasiləsiz hərəkətinə maneə olmaqla yanaşı, yol polisinin işini də xeyli çətinləşdirir.