Ekonomiks 10:32 24.01.2023

Bu aydan etibarən borclu vergi ödəyiciləri də... - Millət vəkili

"Bu aydan etibarən borclu vergi ödəyiciləri də bankda hesab aça biləcəklər”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, borclu vergi ödəyicilərinin hesab açmaq üçün qanunla qoyulan məhdudiyyət aradan qaldırılıb:
 
 

"Vergi Məcəlləsinə” edilən dəyişikliklərdə bu hal öz əksini tapıb. Dəyişikliklər bu ilin yanvar ayından qüvvəyə minib. Bu məhdudiyyətinin aradan qaldırılması bir tərəfdən vergi borcu olanların iqtisadi fəaliyyətinin dəstəklənməsi, digər tərəfdən onlar üçün müəyyənləşdirilən məhdudiyyətlərin yumşaldılması məqsədi daşıyır. Çünki bir sıra hallarda vergi borcu olanlar hesab açıb iş qura bilmədikləri üçün həmin borcu qaytarmaqda da çətinlik çəkirdilər”. 

Deputat bildirib ki, yeni dəyişiklik həm vergi borclarının ödənilməsinə, həm də biznes mühitinə müsbət təsir göstərəcək:
"Bu baxımdan, bu dəyişiklik mütərəqqi addımdır”.

Bahar Rüstəmli