Dünya 15:10 03.03.2023

Bu dövlətlər BMT Təhlükəsizlik Şurasının genişləndirilməsini müdafiə etdi

Quad Təhlükəsizlik dialoqunun üzvləri olan Avstraliya, Hindistan, Hindistan, ABŞ və Yaponiyanın xarici işlər nazirləri, BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin sayının genişləndirilməsini müdafiə ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə nazirlərin bəyanatında deyilir.
 
"BMT-nin hərtərəfli islahat proqramı, o cümlədən BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin sayının genişləndirilməsi ilə bağlı sarsılmaz öhdəliyimizi təsdiqləyirik", - nazirlərin açıqlamasında deyilir. 

Bəyanatda qeyd edilir ki, Quad iştirakçıları BMT Təhlükəsizlik Şurasını "daha effektiv, təmsilçi və etibarlı" etmək üçün onun islahatları prosesində "fəal və konstruktiv" iş aparılmasına öhdəlik götürürlər. 

21 sentyabr 2022-ci il tarixində, ABŞ prezidenti Co Bayden BMT Baş Assambleyasında Təhlükəsizlik Şurasının islahatına, o cümlədən Veto hüququnu məhdudlaşdırmağa çağırıb. Daha sonra Almaniya, Yaponiya, Hindistan və Braziliya ABŞ-ın ideyasını dəstəkləyib. Oktyabrın 11-də Rusiya xarici işlər naziri Sergey Lavrov Təhlükəsizlik Şurasının islahatının vaxtı çatdığını, lakin Rusiya Federasiyasının xaric edilməsinin qeyri-mümkün olduğunu söyləyib. 

Nizami Bağırov