Video 23:05 10.12.2023

Bu erməni qadının oğlu Qarabağda şəhid olub (VİDEO)

Mariya Karapetyan Azərbaycanda yaşayan minlərlə ermənidən biridir. Oğlu şəhiddir. Bəli, səhv eşitmədiz. O, şəhid Samir Əliyevin anasıdır.

Samir Əliyev 1-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan hərbçilərimizdən biridir.

Taleyin işinə baxın ki, şəhid Samirin həyatına erməni anasının soydaşları son qoyub. İndi bu erməni qadının nə hisslər keçirdiyini demək çətindir. Mariya Karapetyan erməni olsa da, ürəyi Azərbaycanla döyünən, Vətən üçün çırpınan övlad yetişdirib. Vətənin, mərdliyin, kişiliyin milliyyəti olmur.

İctimai TV-nin hazırladığı reportajı təqdim edirik: