Ölkə 17:42 01.11.2023

Bu gündən Qarabağda yeni radio yayımına başlanıldı

1941-ci ildə yaranan Beynəlxalq Radio bugündən 24 saatlıq yayım rejiminə keçib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

Qeyd edilib ki, hələlik yalnız Qarabağda 101.1 FM dalğasında yayımlanır. Yaxın gələcəkdə isə bütün Azərbaycanı əhatə edəcək.