İdman 15:59 30.11.2022

Bu idman federasiyasına yeni baş katib təyin olundu

Azərbaycan Milli Karate Federasiyasının yeni Baş katibi müəyyənləşib.
 
Federasiyadan Qaynarinfo-ya verilən məlumata görə buz vəzifəni Camal Murtuzəliyev yerinə yetirəcək. 

Gənclər və İdman nazirliyində ötən bir il ərzindəki fəaliyyəti zamanı paralel olaraq karate döyüş idman növünün kuratoru olan Murtuzəliyev, bu dövrdə beynəlxalq yarışlar və konqreslərdə iştirakı zamanı qazandığı təcrübəni federasiyanın daha məhsuldar çalışmasına yönəldəcəyini söyləyib.
 
Səbuhi Həsənov