Ölkə 13:15 06.12.2023

Bu il qadınlara qarşı törədilən cinayətlərin sayı açıqlandı

Bu ilin 9 ayında qadınlara qarşı 5034 cinayət hadisəsi törədilib.

APA xəbər verir ki, bunu "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda panel müzakirəsi zamanı Baş Prokurorluğun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Rafael Süleymanov deyib.

O bildirib ki, bu ilin 9 ayında ailə-məişət zorakılığı zəminində qadınlara qarşı törədilən cinayətlərin sayı 1296-dır:

"Ailə-məişət zəminində törədilən cinayətlərin 1062-də zərərçəkmiş şəxs qadınlar, 344 nəfəri kişilər, 14-ü yetkinlik yaşına çatmayan şəxslər olub".