Ölkə 11:06 13.12.2023

Bu nazirlik yeni idarəetmə modelinə keçir - Nə dəyişəcək?

Mədəniyyət Nazirliyi yeni idarəetmə modelinə keçir.

Bu barədə İqtisadiyyat.az-a Nazirlikdəki mənbə məlumat verib.

Belə ki, Mədəniyyət Nazirliyi daxili proseslərə nəzarət fəaliyyətinin təkmilləşdirilməsi və təklif edilən idarəetmə modelinin sosial-iqtisadi təsirinin qiymətləndirilməsinə başlayır.

Artıq Nazirlik qeyd olunan məsələlərlə bağlı məsləhət xidmətlərini almaq üçün müvafiq şirkətlə müqavilə bağlayıb.