Ekonomiks 14:58 13.12.2023

Bu şirkətin dövlətə 1,6 milyon borcu var

"Adagio SD" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə milyon yarımdan çox vergi borcu üzə çıxıb. 

Qaynarinfo-nun məlumatına görə, qanuni təmsilçisi Cəfərov Fariz Cəfər oğlu olan MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1 milyon 629 min 199 manat 21 qəpik vergi borcu yaranıb. 

"Adagio SD" MMC Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsini vergi borcuna görə Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.

Əhməd