Ekonomiks 13:46 22.12.2023

Bulvarda batan qayıq kimindir? - Rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Bulvar ərazisində dənizdə gəzinti qayığı batıb. 

Qaynarinfo sözügedən qayığın və yaxud gəminin kimə və yaxud hansı dövlət qurumuna məxsus olub-olmamasını dəqiqləşdirməyə çalışıb.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat katibi Mehman Mehdiyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, bulvarda batan gəmi deyil, qayığdır: 

"Bu şəxsi sərnişin qayığdır, QSC-yə bağlılığı yoxdur". 

Qeyd edək ki, hadisə zamanı gəzinti qayığının alt hissəsinin zədələnməsi və gövdəsinə su dolması nəticəsində 3-ü ekipaj üzvü, 3-ü sərnişin olmaqla 6 vətəndaş FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar xilas ediliblər.

Əhməd