Dünya 22:22 10.12.2023

Bundesver: "Almanlar bir gün Rusiyaya qarşı müdafiə müharibəsi aparmağa məcbur olacaq"

"Bir gün Almaniya yəqin ki, Rusiyaya qarşı müdafiə müharibəsi aparmağa məcbur olacaq".

Qaynarinfo "Tagesschau"ya istinadən xəbər verir ki, bunu Bundesverin (Almaniyanın Federal Müdafiə Qüvvələri) baş müfəttişi Karsten Breuer bildirib. 

Onun sözlərinə görə, Rusiyanın yenidən silahlanması və Vladimir Putinin davranışı narahatlıq doğurur. Baş müfəttiş bildirib ki, Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalından əvvəlki dövrlərə qayıtmaq olmayacaq. O, vurğulayıb ki, almanlar bir gün müdafiə müharibəsi aparmalı olacaq.

Bundesverin Ukraynada müharibə bitdikdən sonra Rusiyanın NATO-ya mümkün hücumunu öhdəsindən gələ biləcəyi ilə bağlı sualı cavablandıran Breuer başqa seçimin olmadığını deyib:

"Bəli. Nöqtə. Bizim alternativimiz yoxdur. Biz özümüzü qoruya bilərik və özümüzü də qoruyacağıq", deyə baş müfəttiş bildirib.

Bununla belə, Breuer etiraf edib ki, Bundesver uzun illərdir diqqətini beynəlxalq böhranların həllinə yönəldib və hazırda milli və müttəfiqlərin müdafiəsi üçün kifayət qədər təchiz olunmayıb. Eyni zamanda, o, tez və məqsədyönlü qərarlar qəbul etməyin demək olar qeyri-mümkün olduğu strukturlar var.

Aydın