Foto 11:41 04.02.2022

Cəbrayılda dağıdılmış evlərdə xeyli sayda mina aşkarlandı (FOTO)

Cəbrayılda xeyli sayda mina aşkarlanıb.

Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarınının keçirdikləri tədbir zamanı dağıdılmış evlərdən birində minalar aşkar edilib.

Aşkar edilən 160 ədəd tank və piyada əleyhinə mina aidiyyəti üzrə təhvil verilib.