İdman 11:06 06.06.2023

"Çelsi" gələcəyin ulduzunu transfer etdi

"Çelsi" "İndependiente"nin 16 yaşlı yarımmüdafiəçisi Kendri Paezlə müqavilə imzaladığını açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, ekvadorlu futbolçunun 18 yaşı tamam olandan sonra "Çelsi"yə keçəcəyi bildirilib. 18 yaşından sonra İngiltərə klubuna qatılacaq futbolçunun texniki bacarıqları, driblinqləri yüksək qiymətləndirilir və Cənubi Amerikanın ən parlaq, yaradıcı gənc istedadlarından biri kimi görülür.

Paez builki oyunu ilə diqqət çəkib. İlk dəfə Ekvador forması ilə çıxış edən və meydana çıxdığı matçda qolla yadda qalan Paez öz oyunu ilə diqqətləri cəlb edib.

Səbuhi Həsənov