Dünya 14:34 26.04.2023

Cənubi Afrika Putinin həbsinə order verən BCM-dən çıxmaq barədə qərarını dəyişdi

Cənubi Afrika Respublikası Prezidentinin ofisi prezidentin belə bir bəyanatla çıxışından sonra bildirib ki, ölkə Rusiya prezidenti Vladimir Putinin həbsinə dair orderlə razılaşmadığı üçün Beynəlxalq Cinayət Məhkəməsindən çıxmağı planlaşdırmır. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Avropa həqiqətləri” məlumat yayıb.

Cənubi Afrika Prezidenti Siril Ramafosanın ofisi şərh yayıb ki, siyasətçi hakim Afrika Milli Konqresi (ANC) partiyasının BCM-dən çıxma planlarını "təəssüf ki, səhvən elan edib".

"Cənubi Afrikanın Roma Nizamnaməsini imzaladığını və beynəlxalq hüququn bərabər və ardıcıl tətbiqinin tərəfdarı olmağa davam edəcəyini açıq şəkildə bildirmək istərdim... Cənubi Afrikanın BCM-dəki statusu ilə bağlı hakim ANC partiyasının keçirdiyi brifinqdə edilən şərhdəki səhvdən sonra bu aydınlaşdırmanı təqdim edirik. Təəssüf ki, prezident bugünkü brifinqdə səhvən oxşar mövqe ifadə edib”, - bəyanatda deyilir.

Xatırladaq ki, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Finlandiya prezidenti ilə keçirdiyi mətbuat konfransında hakim partiyanın Cənubi Afrikanın keçən ay Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsindən çıxması barədə qərar qəbul etdiyini bildirib.

Bu, Cənubi Afrikanın BCM-dən çıxmaq üçün ilk cəhdi deyil. Dövlət 2015-ci ildə Sudanın keçmiş prezidenti Ömər əl-Bəşirin həbsinə dair orderə məhəl qoymadan 2016-cı ildə buna cəhd edib.

Alpər