Dünya 22:00 27.01.2024

Çin 2024-cü ildə neft bazarına təsir etməyəcək - Analitiklər

Çində koronavirus məhdudiyyətlərinin aradan qaldırılması bu il bu ölkədə neftə tələbatın əhəmiyyətli dərəcədə artmasına səbəb olmayacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Citi Bank"ın hesabatında deyilir.

Bank analitiklərini fikrincə, Çin hökumətinin stimullaşdırıcı tədbirləri iqtisadiyyata yalnız mülayim təsir göstərəcək. Mütəxəssislər xam neft idxalının sabit həcmini ötən ilki səviyyədə proqnozlaşdırırlar.

"Citi Bank"ın məlumatına görə, Çində neftə tələbatın artması əsasən neft-kimya məhsulları hesabına gündə təxminən 300 min barel olacaq. Çinin ən böyük neft emalı zavodu "Sinopec" bu yaxınlarda elektrikli avtomobillərin rekord satışları səbəbindən benzin tələbinin aşağı düşdüyünü açıqlayıb.

Çindən neft məhsullarının ixracı da ciddi şəkildə artmayacaq. Bununla belə, dizel yanacağı tədarükü Asiya-Sakit Okean regionunda yüksək marjaya görə gözləntiləri üstələyə bilər.

Ümumilikdə, 2024-cü ildə xam neft idxalı ötən il olduğu kimi gündə 11,3 milyon barrel olaraq qalacaq. Aylıq dinamika 2023-cü ilin dekabrında olduğu kimi qeyri-sabit olacaq.

Aydın