Çin Xalq Respublikasının Müdafiə Nazirliyi Çin nüvə sualtı qayığının Tayvan boğazında qəzaya uğraması ilə bağlı yayılan xəbərləri "tam yalan" adlandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Reuters məlumat
yayıb.
Nazirlikdən başqa şərh verilməyib.
Qəza xəbəri sosial şəbəkədə yayılıb. Nüfuzlu medianın əksəriyyəti bu xəbərlərə məhəl qoymayıb, lakin məsələn, "Newsweek” jurnalı "Çinin sualtı qayığı Tayvan boğazında qəzaya uğradı? Bu barədə nə məlumdur?" başlığı altında məqalə dərc edib. Sosial mediada Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinə məxsus "093 Shang” tipli sualtı qayığının qəzaya uğradığı iddiası yayılıb. Məlumata görə, sualtı qayığın ekipajı həlak olub.
Nizami Bağırov
Şərhlər