Dünya 12:31 29.07.2023

Çin Yaponiyaya xəbərdarlıq etdi

Çin Yaponiyanı hərbi təhlükəsizlik sahəsində bəyanatlarında və hərəkətlərində ehtiyatlı olmağa çağırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei açıqlama verib.

O vurğulayıb ki, Pekin rəsmi Tokionu öz bəyanatlarında, eləcə də hərbi təhlükəsizlik sahəsində hərəkətlərində ehtiyatlı olmağa çağırır. Bundan əlavə, Kefei əlavə edib ki, Yaponiya tərəfi ikitərəfli münasibətləri düzgün istiqamətə qaytarmaq üçün əməli addımlar atmalıdır.

Onun sözlərinə görə, Yaponiyanın "Ağ kitab”ının yeni variantı Çin haqqında yanlış təsəvvürlərə sadiqdir və Çinin hərbi təhlükəsini "qəsdən şişirdir”, regionda gərginliyi artırır, həmçinin Çinin daxili işlərinə kobud müdaxilədir.

Aydın