Video 15:37 16.09.2022

Çində 200 metrlik China-Telecom göydələni 20 dəqiqədə yanıb kül oldu (VİDEO)

Çinin iri şəhəri Çanşa şəhərində 200 metrlik göydələn yanır. Mətbuatın verdiyi xəbərə görə, ən böyük telefon operatoru China-Telecom-un 35 ton server yanacağının saxlandığı binası 20 dəqiqə ərzində tamamilə yanıb. Bu ana kimi yanğınsöndürənlər binanın fasadındakı alovu söndürməyə nail olublar.

Qaynarinfo Rosbalt-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat verib. Məlumata görə, alov 10-dan çox mərtəbəni bürüyüb.

Beijing Daily qəzetinin məlumatına görə, yanğın yerli vaxtla 15:30 (Bakı vaxtı ilə 11:30) radələrində başlayıb - yanğın binanın fasadı boyunca yuxarıya doğru yayılmağa başlayıb. Hadisə yerinə 300-ə yaxın yanğınsöndürən və 36 texnika gəlib. Yanğınla mübarizə davam etdirilir.

Zərərçəkənlər və qurbanlarla bağlı hələlik rəsmi məlumat yoxdur, sosial şəbəkələrdə onlarla, hətta yüzlərlə qurban haqqında yazırlar. Sonradan bildirilir ki, çoxmərtəbəli binadan evakuasiya həyata keçirilib, orada adam qalmayıb.

Alpər