Dünya 23:50 05.09.2022

Çində güclü zəlzələ - 46 nəfər öldü

Çinin Sıçuan vilayətində 6,8 bal gücündə zəlzələ baş verib.

Qaynarinfo "Reuters" agentliyinə istinadən xəbər verir ki, zəlzələnin səbəb olduğu dağıntılar nəticəsində 46 nəfər dünyasını dəyişib.

Bundan əlavə, 16 nəfər itkin düşüb, 50-dən çox insan xəsarət alıb. 

Məlumata görə, 16 kilometr dərinlikdə qeydə alınan zəlzələ zamanı Qanzi bölgəsində 29, Yaan şəhərində isə 17 nəfər ölüb.

Zəlzələ bölgəsinə Ludinq rayonundan çoxlu sayda yanğınsöndürən və xilasedici cəlb edilib. Ölü sayının artacağı istisna edilmir.