Dünya 22:58 25.08.2022

Çinlə gərginlik fonunda Tayvanın hərbi büdcəsində görünməmiş artım

Tayvan Çinlə artan gərginlik fonunda 2023-cü il üçün hərbi büdcəsini təxminən 13% artıracağını açıqlayıb.

Qaynarinfo bu barədə "France 24 (AFP)"-ə istinadən xəbər verir.

AFP-nin cümə axşamı xəbərinə görə, Taypey bu gün elan edib ki, gələn il üçün hərbi büdcəsi görünməmiş bir məbləğə 415,1 milyard dollara çatacaq. Təbii ki, bu rəqəm parlament tərəfindən təsdiqlənməlidir.

Büdcəyə cavabdeh olan qurum mətbuata açıqlamasında qırıcı təyyarələrin alınması üçün də büdcə ayrılacağını açıqlayıb.

Baş nazir Su Tseng Chang deyib: "Milli təhlükəsizliyi qorumaq üçün gələn ilin ümumi müdafiə büdcəsi 586 milyon 300 min dollara çatacaq ki, bu da misli görünməmiş bir rekorddur”.

Hesabatda deyilir: "Çinin bu yaxınlarda adanın sahilləri yaxınlığında və ABŞ Nümayəndələr Palatasının sədrinin Tayvana səfərindən sonra keçirdiyi genişmiqyaslı hərbi təlimi bu bölgədəki gərginliyi son illərdə ən yüksək səviyyəyə qaldırıb!”

M.Arif