Dünya 18:45 04.06.2023

Çinli astronavtlar 6 aydan sonra Yerə qayıtdı

Çin "Shenzhou-15" adlı insanlı kosmik gəmi ilə kosmosa göndərilən 3 astronavtın yarım ildən sonra sağ-salamat Yerə qayıtdığını açıqlayıb.

Qaynarinfo ötən ilin noyabrında "Shenzhou-15" adlı kosmik gəmi ilə kosmosa göndərilən astronavtlar - Fey Cunlonq, Denq Cinqminq və Zanq Lu Çinin şimalındakı Daxili Monqolustan bölgəsindəki Donqfenq sahəsinə təhlükəsiz eniş ediblər.

Çin İnsanlı Kosmos Agentliyi (CMSA) "Shenzhou-15" kosmik gəmisinin missiyasını uğurla başa vurduğunu, tibb qruplarının hər 3 astronavtın sağlamlıq vəziyyətinin yaxşı olduğunu təsdiqlədiyini elan edib.

Çin Kosmik Stansiyasında qaldıqları müddətdə astronavtlar 4 ekstravehikulyar fəaliyyət (EVA) həyata keçirərək, Çin astronavtı ekipajları üçün kosmosda gəzintilərdə yeni rekorda imza atıblar.

Aydın