İdman 11:33 14.08.2023

ÇL-dəki təmsilçimizdən növbəti transfer

UEFA Çempionlar Liqasında iştirak edəcək "Araz-Naxçıvan” transfer çalışmalarını davam etdirir.
 
Qaynarinfo-nun məlumatına görə, ölkə çempionu daha bir legionerin keçidini reallaşdırıb. Serbiya millisinin üzvü Lazar Milosavljeviç qitəmiqyaslı yarışda təmsilçimizin formasını geyinəcək. 25 yaşlı futzalçının son klubu "Mouvaux Lille Metropole” (Fransa) olub. 

"Araz-Naxçıvan” yay fasiləsi zamanı legionerlərdən braziliyalı Erik Dannilo, serb Ninoslav Aleksiç, Husniddin Nişonov və xorvat qapıçı Luka Pavloviçlə anlaşıb.
 
Səbuhi Həsənov