Texnologiya 13:52 21.01.2023

CNBC: "Maskın vəzifəyə keçməsindən sonra "Twitter" işçilərinin 80%-ni itirib"

Biznesmen İlon Maskın şirkəti satın almasından sonra "Twitter" işçilərinin təxminən 80%-i işdən çıxarılıb və ya özləri işlərini tərk ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə CNBC şirkətin daxili sənədlərinə istinadən məlumat yayıb.

Məlumatlara görə, "Twitter"in tam ştatlı işçi qüvvəsi təxminən 1300 işçiyə qədər azalıb, onlardan 550-dən azı tam ştatlı mühəndislərdir. Eyni zamanda, bütün "Twitter" istifadəçilərinin təhlükəsizliyini təmin etmək üçün şirkət siyasəti, dizayn və məhsul dəyişiklikləri ilə bağlı məsləhətlər verməkdən məsul olan şöbədə 20-dən az tam ştatlı işçi var.

Daha 1,4 min işçi artıq işləmir, lakin hələ də maaş almağa davam edir. Onların bir çoxu Maskın "Twitter 2.0"da "hardcore" işə həsr etmək təklifi göndərməsindən sonra istefa məktubu yazıb.

Kanal qeyd edir ki, bir çoxları üçün işdən çıxarılmasına səbəb şirkətin "Twitter"in keçmiş rəhbəri Cek Dorsi tərəfindən tətbiq edilən daimi məsafədən işləmə siyasətinin dayandırılması olub.

2022-ci il noyabrın əvvəlində CNBC şirkət işçilərinin 50%-nin işdən çıxarıldığını elan edib.

Alpər