Dünya 18:05 23.09.2023

COVID və KRVİ ilə əlaqədar maska rejimi tətbiq edilə bilər

COVID, Kəskin respirator virus infeksiyası (KRVİ) və ya qripə yoluxmuş insanların sayının cari artımı təbii epidemik prosesdir, ona görə də maska rejimi həqiqətən zəruri olan yerlərdə tətbiq oluna bilər. 

Qaynarinfo xəbər verir ki, bu fikri TASS-a epidemioloq, Rusiya Təhsil Akademiyasının vitse-prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişşenko deyib.

"Hər şey təbii, təbii şəkildə gedir. Payız gəldi, məktəblilər də, tələbələr də partalarına oturdular, metroda sıxlıq yarandı ki, bu da insanlar arasında daha tez-tez təmasların yaranmasına səbəb oldu. Lazım gələrsə, maska rejimi konkret sinifdə, konkret müəssisədə, konkret regionda tətbiq oluna bilər. Birdən-birə hər yerdə və bütün Rusiyada deyil", - akademik bildirib.

Eyni zamanda, ekspert qeyd edib ki, arxayınlaşmaq olmaz, çünki insident hələ artacaq, lakin bu, epidemiya mövsümü üçün təbiidir. "Gedib qripə qarşı peyvənd olunmalı, mövsümə uyğun geyinməli, maska taxmalı, yaxşı qidalanmalı, vitamin qəbul etməli, əhval-ruhiyyə yaxşı olmalıdır”, - Onişenko tövsiyə edib.

Koronavirus infeksiyası ilə mübarizə üzrə federal operativ qərargahın sentyabrın 19-da verdiyi məlumata görə, Rusiyada son bir həftədə koronavirusa yoluxma halları 48%, xəstəxanaya yerləşdirilənlərin sayı isə 20,6% artıb. Bəzi bölgələr tibb müəssisələrində maska rejimi tətbiq etmək qərarına gəliblər.

Alpər