İdman 16:09 25.11.2022

DÇ-2022: İran Uelsə qalib gəldi

Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində II tura start verilib.

Qaynarinfo xəbər verir ki, mundialın 6-cı oyun günü B qrupunun matçı ilə başlayıb.

Uels millisi "Ahmed bin Ali” stadionunda İranla görüşüb. İlk turda qələbə qazanmayan yığmaların duelinin taleyini son dəqiqə qolları həll edib. 85-ci dəqiqədə meydanda azlıqda qalan britaniyalılar matça əlavə olunmuş dəqiqələrdə qapısında iki top görüb.

Bu da DÇ-2022-də Asiya təmsilçisinə həm ilk xalları, həm də qələbəni qazandırıb.

Qeyd edək ki, son turda Uels İngiltərə ilə, İran isə ABŞ-la qarşılaşacaq. Hər iki görüş noyabrın 29-da baş tutacaq.

DÇ-2022
Qrup mərhələsi
B qrupu, II tur

25 noyabr
Uels - İran 0:2
Qollar: Ruzbeh Çeşmi, 90+9. Ramin Rezaeian, 90+11.