İdman 16:14 22.11.2022

DÇ-2022-nin ilk sensasiyası: Argentina ərəblərə uduzdu

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha bir oyun baş tutub.

Fanat.Az xəbər verir ki, C qrupunda günün ilk matçında mundialın favoritlərindən hesab olunan Argentina millisi Səudiyyə Ərəbistanı ilə qarşılaşıb. Oyun ərəblərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu gün C qrupunda Meksika - Polşa, D qrupunda Danimarka - Tunis və Fransa - Avstraliya oyunları keçiriləvək.

Dünya çempionatı
22 noyabr

C qrupu
Argentina - Səudiyyə Ərəbistanı 1:2
Qollar: Lionel Messi, 10-pen - Əl-Şehri, 48, Əl-Davsari, 53.
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
"Lusail" stadionu