Sənət 13:12 26.06.2022

DÇ-2022-nin nəfis xalçası Təbrizdə toxunub (FOTO/VİDEO)

2022-ci il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının nəfis xalçası Təbrizdə toxunub.

Qaynarinfo bu barədə IRNA agentliyinə istinadən xəbər verir.

Xalçanın toxuyan Rza Lamey bildirib ki, qardaşı ilə birlikdə 2,16 metr ölçüsü olan xalçanı iki ilə toxuyublar. Xalçaya ümumilikdə 2 milyondan çox düyün vurulub.

"Bu gözəl xalçanın dizaynında ötən əsrin dünya çempionatlarında iştirak edən ölkələrin bütün işarə və bayraqlarının təsvirinə cəhd edilib", deyə Rza Lamey bildirib.

Xalçanın dizayneri Cəlali isə deyib ki, dizaynı 6 ay çəkən xalçada son 100 ildə dünya çempionatına ev sahibliyi edən 32 ölkənin simvolları və yarışların loqaları əks olunub.

Onlar həmçinin dünya çempionatının açılış mərasiminin keçiriləcəyi Qətərdəki Əl-Beyt stadionun şəkilin bu xalçaya yerləşdiriblər.

Təbrizin orijinal sənət əsəri olan xalça bu ilin noyabr ayında Qətərdə keçiriləcək dünya çempionatı ilə eyni vaxtda ictimaiyyətə nümayiş etdiriləcək.

M.Arif