2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarına ev sahibliyi edəcək bütün şəhərlər bəlli olub.
Qaynarinfo bu baradə FIFA-nın rəsmi saytına istinadən xəbər
verir.
2026-cı il dünya çempionatında 48 ölkə mübarizə aparacaq, yarışlar ABŞ, Kanada və Meksikanın müxtəlif şəhərlərində keçiriləcək.
Beynəlxalq futbolun qurumu yarışlara ev sahibliyi edəcək bütün şəhərləri açıqlayıb:
ABŞ-da dünya kuboku matçlarına Kanzas-Siti, Hyuston, Atlanta, Dallas, Sietl, San-Fransisko, Los-Anceles, Boston, Filadelfiya, Mayami və Şərqi Ruterford (Nyu Cersi) ev sahibliyi edəcək.
Turnir həmçinin Meksikanın üç şəhərində keçiriləcək: Mexiko, Monterre və Qvadalaxarada.
Kanadada dünya çempionatının oyunlarına Vankuver və Toronto ev sahibliyi edəcək.
Açılış və final oyunlarının yeri daha sonra açıqlanacaq.
Qeyd edək ki, ilk dəfə turnirdə 48 komanda iştirak edəcək. İndiyədək yarış 32 komandanın iştirakı ilə keçirilirdi. Həmçinin ilk dəfə turnir üç ev sahibi ölkədə baş tutacaq.
Futbol üzrə dünya çempionatı 1970 və 1986-cı illərdə Meksikada keçirilib. ABŞ 1994-cü ildə dünya çempionatının ev sahibi olub, Kanada isə ilk dəfə turnirə ev sahibliyi edəcək.
M.Arif
Şərhlər