Dünya 15:19 01.07.2022

Dəhşətli statistika: Rusiya son 15 gündə 68 yaşayış məntəqəsini vurub

Rusiya iyunun ikinci yarısında 68 mülki obyekti vurub.

Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə ukraynalı birqada generalı Aleksey Xromov deyib.

Aleksey Xromov Rusiyanın Ukraynaya raket zərbələrinin son iki həftədə iki dəfədən çox artdığını bildirib. General qeyd edib ki, Rusiya hücumların yarısından çoxunda Sovet dövründən qalma qeyri-dəqiq raketlərdən istifadə edib. 

Ukrayna rəsmilərinin bildirdiyinə görə, bazar ertəsi Kremençuk şəhərində ticarət mərkəzinə hücumda Rusiya Sovet dövründən qalma Kh-22 raketindən istifadə edib və nəticədə azı 18 nəfər həlak olub.

Nurlan Hüseynov