Ölkə 11:16 14.07.2023

Deputat: "Bu müddəa ləğv olunmalıdır, bölgələrdə vəkil çatışmır"

"Azərbaycanın əksər ucqar bölgələrində və Naxçıvanda vəkillər çatışmır, sayı çox azdır". 

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputatın sözlərinə görə, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanun 8-ci maddəsində nəzərdə tutulub ki, vəkillik üçün testdən keçənlərin 3 illik hüquqi stajı olmalıdır. 

"Bu, absurd tələbdir. Türkiyədə belə bir tələb yoxdur. Vəkillər testdən keçirlər, şifahi müsahibəyə girə bilmirlər və vəkillik adı qazanmırlar. Bu prokurorluq, başqa hüquq-mühafizə orqanı deyil ki, belə tələb qoyulsun. Bir il vaxt verilə bilər ki, onlar staj keçsinlər. Bundan sonra vəkillik adı qazanarlar. Bu müddəanın ləğv olunması lazımdır. Vəkilliyə qəbul asanlaşdırılmalıdır ki, bölgədə vəkil azlığı problemi aradan qalxsın, insanlar öz hüquqlarını müdafiə edə bilsinlər", deyə deputat bildirib.
 
Qafqaz Rafiqoğlu