Ölkə 12:02 08.12.2023

Deputat: "Milli Məclis sülh sazişinə razılıq verməlidir"

"Bizim konstitusiyaya görə, Azərbaycan Respublikasının Milli Məclisi sülh sazişinə razılıq verməlidir".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. 

Qüdrət Həsənquliyev qeyd edib ki, bu sülh sazişi beynəlxalq müqavilənin xüsusi növü olduğuna görə, onun əhəmiyyəti nəzərə alınaraq konstitusiyada Milli Məclisin razılığı ilə edilməsi nəzərdə tutulur:

"Təklif edirəm ki, yaxın vaxtlarda Xarici İşlər Nazirliyinin, Prezident Administrasiyanın nümayəndələrinin iştirakı ilə müzakirələr keçirilsin".
 
Qafqaz Rafiqoğlu