Dünya 16:05 07.12.2023

Devid Kemeron: "Onu burada dayandırmasanız, əlavə üçün geri qayıdacaq"

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirib ki, Yaxın Şərqdəki münaqişəyə baxmayaraq, Ukraynanın tərəfdaşları Rusiya təcavüzü ilə mübarizədə ona yardıma diqqəti yönəltməlidirlər. 

Qaynarinfo xəbər verir ki, o, bu barədə "Sky News" telekanalına müsahibəsində bildirib.

Kemeron əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada dayandırılmasa, o, "əlavə üçün geri qayıdacaq".

"Biz Putinlə nə baş verdiyini bilirik, onu burada dayandırmasanız, əlavə üçün geri qayıdacaq və Amerikanın düşmənləri onu alqışlayacaq”, deyə Britaniya XİN rəhbəri bildirib. 

Kemeron vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bütün qitənin təhlükəsizliyini təhdid edən "nəslimizin mübarizəsidir”.

Bundan əlavə, Britaniyanın baş diplomatı Konqresin Ukraynaya maliyyənin də daxil olduğu çoxmilyardlıq yardım paketinə səs vermədiyi təqdirdə ABŞ-ın "daha az etibarlı” müttəfiqə çevriləcəyi ilə bağlı fikirlərlə razılaşmayıb.

Onun sözlərinə görə, Kiyevin pula həqiqətən ehtiyacı var, lakin məsələ siyasətlə mürəkkəbləşib.

Nizami Bağırov