İdman 14:05 08.07.2022

Di Mariya "Yuventus"da

A Seriyası nəhəngi "Yuventus" argentinalı vinger Anhel Di Mariyanı transfer edib.

Qaynarinfo xəbər verir ki, futbolçu müqaviləyə imza atmaq üçün Turin şəhərinə gəlib. Bu haqda "Yuventus"un rəsmi sosial şəbəkə səhifələrində məlumat yerləşdirilib. 34 yaşlı hücumçunun Turinə gəldiyi anlar klubun rəsmi kanalları vasitəsilə paylaşılıb.

Argentinalı futbolçu səhhəti yoxlanıldıqdan sonra klubla müqavilə imzalayacaq.

7 il PSJ-də çıxış edən Di Mariya müqaviləsi başa çatdıqdan sonra Fransa komandası ilə vidalaşıb. O, ötən mövsüm PSJ-nin formasında meydana çıxdığı 31 oyunda 5 qola, 9 məhsuldar ötürməyə imza atıb.
 
 

Səbuhi Həsənov