Dünya 21:22 28.11.2023

Dodon Maya Sandunu bu yolla devirmək istəyir

Sosialist Partiyası Moldovada 2024-cü ildə keçiriləcək prezident seçkilərində öz namizədini irəli sürməyə hazırlaşır.

Qaynarinfo xəbər verir ki, bunu partiyanın lideri, keçmiş dövlət başçısı İqor Dodon bildirib. 

Keçmiş nazirin sözlərinə görə, yerli seçkilərin təcrübəsi göstərdi ki, müxalifət qüvvələrini bir namizəd ətrafında toplanmamalıdır:

"Mən bütün qüvvələrin bir müxalifət namizədi ətrafında birləşdirilməsi ideyasını strateji səhv hesab edirəm. Yerli seçkilər göstərdi ki, Moldova prezidenti Maya Sandu seçkilərə bir gün qalmış namizədi siyahıdan çıxara bilər və biz müxalifətin vahid namizədini irəli sürsək, böyük riskə gedərik. İnanırıq ki, hər kəs iştirak etməlidir. Bizim ümumi məqsədimiz Sandu rejimini devirmək olmalıdır, bir-birimizə hücum etməmək üçün öz aramızda razılaşmalıyıq və hamımız birlikdə Maya Sanduya qarşı ikinci tura çıxacaq namizədi dəstəkləməliyik. Bu yanaşma düzgün olacaq".

Qeyd eddək ki, 2020-ci ildə Qərbyönlü Fəaliyyət və Həmrəylik Partiyasının lideri Maya Sandu Moldova prezident seçilib. Siyasi qüvvə bir il sonra növbədənkənar seçkilərdən sonra parlamentdə çoxluq qazanmağa və Avropa İttifaqı və ABŞ-la yaxınlaşma siyasətini gücləndirməyə nail olub. 2022-ci ildə Moldova Ukrayna ilə birlikdə Aİ-yə üzv olmaq üçün namizəd statusu alıb.

Aydın