Ekonomiks 13:55 27.03.2023

“Dövlətin pulunu küləyə sovururlar” - Ekspert

"Bu piyada keçidinin həmin ərazidə tikilməsinə ehtiyac yox idi. Görünür, aidiyyatı qurumlar ona ehtiyac olmadığını müyyən ediblər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov Koroğlu Rəhimov küçəsindəki yerüstü piyada keçidinin söküntüsündən danışarkən deyib. 

Ekspert bildirib ki, həmin keçid sözügedən ərazidə tikilməməli idi:

"Əvvəlcədən bunu etmək lazım deyildi. O boyda xərc çəkilib, dövlət qurumlarından soruşmaq lazımdır, xeyir ola, kimin pulu idi küləyə sovurduğunuz? Özü də tikmək kimi, sökmək də puldur. Söküntünün xərci daha bahadır”. 

Ərşad Hüseynovun fikirincə, təkcə əlilliyi olan şəxslər deyil, əlində 10 kilo yük olan insanlar üçün bu keçidlər çox əlverişsizdir. 

Qeyd edək ki, bir müddət öncə Koroğlu Rəhimov küçəsindəki tikilən yerüstü piyada keçidinin sökülməsi ilə bağlı sosial şəbəkələrdə fotolar paylaşılıb. 

Bahar Rüstəmli