Siyasət 10:42 18.08.2022

DSX rəisindən işğaldan azad olunmuş dövlət sərhədlərimizlə bağlı açıqlama

"İşğaldan azad olunmuş dövlət sərhədlərimizdə qısa müddət ərzində sərhəd zastavalarının fəaliyyəti bərpa edilib”.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev "Azərbaycan” qəzetinə müsahibəsində bildirib.

O qeyd edib ki, Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə 19 yeni hərbi hissə kompleksi, 110 sərhəd-döyüş məntəqəsi, "Eyvazlı” və "Qazançı” dövlət sərhədindən buraxılış məntəqələri inşa edilib, Füzuli Beynəlxalq Hava Limanında sərhəd nəzarəti işi təşkil edilib.

Sədr əlavə edib ki, Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası daimi olaraq yenilənir:

"Sərhəd bölmələri müasir silahlarla, döyüş texnikaları ilə, xüsusi avadanlıqlarla, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat, sualtı əməliyyat və müşahidə vasitələrilə, istehkam avadanlıqları və qoruyucu vasitələrlə təmin edilirlər”.