Dünya 23:11 02.02.2024

Dünya kosmos müharibəsi ilə təhdid olunur: Çin ABŞ-ı ötmək istəyir

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi kosmik müharibədə yeni səhifə açıb. İndi isə ABŞ-ın ən böyük qorxusu Amerikanın kosmosdakı üstünlüyünü üstələməyə çalışan Çindir.

Qaynarinfo xəbər verir ki, bunu "The Economist" yazıb.

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədr müavini admiral Kristofer Qredinin sözlərinə görə, indi kosmos "döyüş əməliyyatlarının ən vacib sahəsinə" çevrilib.

"Kosmos təkcə dinc inkişaf yeri deyil, həm də gələcək hərbi əməliyyatların arenasıdır. Kosmosa nəzarət quruda, dənizdə və havada hökmranlıq qədər vacib hala gəlib. Kosmik texnologiya ordunu bütün digər sahələrdə daha güclü edir. Kosmosda üstünlüyü itirən yer üzündə müharibələri uduzmaq riski ilə üzləşəcək", deyə nəşr qeyd dib.

Bildirilir ki, gələcəkdə ABŞ və Çin arasında baş verə biləcək hər hansı münaqişədə peyklər uzaq məsafələrdəki hədəfləri tapmaq və məhv etmək üçün mühüm əhəmiyyət kəsb edəcək. Və bu gün bəzi ölkələrin kosmosdakı hərəkətləri ilə bağlı çox aşey gizli qalır, lakin son dərəcə aydındır ki, ABŞ orada öz üstünlüyünü saxlamaq üçün səyləri gücləndirir.

Həmçinin vurğulanır ki, Çin və ABŞ arasında həqiqətən də müharibə başlayarsa, dünya təkcə peyklərin taleyi ilə bağlı narahat olmayacaq.

"Bəlkə də qısamüddətli perspektivdə ən böyük təhlükə səhv hesablamalardır. Kosmos yarışı yeni və qeyri-müəyyəndir. Heç kim kosmik silahların nə olduğunu dəqiq bilmir, ən azı ona görə ki, bir çox mülki texnologiyalar hərbi məqsədlər üçün istifadə olunur. Yol hərəkəti qaydaları zəif müəyyən edilib və ya ümumiyyətlə yoxdur və silahlara nəzarət perspektivləri kiçikdir", deyə nəşr vurğulayıb.

Aydın