Dünya 14:12 26.01.2023

Dünyada koronavirusdan ölüm bir ayda 13% artıb - ÜST

Dekabrın 26-dan yanvarın 22-dək 11 milyondan çox insan koronavirusa yoluxub, 55 mindən çox insan dünyasını dəyişib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ümumdünya səhiyyə təşkilatının (ÜST) hesabatında deyilir.
 
Ölənlərin sayı əvvəlki 28 günlə müqayisədə 13% artıb.

ÜST-nin məlumatına görə, yoluxma hallarının sayı qeyd olunan müddətdə 25% azalıb.

Ən çox yoluxma Yaponiya (672 526) və ABŞ-da (323 721) olub. Daha sonra aşağıdakı ölkələr gəlir:

Cənubi Koreya (192.638)

Çin (142.066)

Braziliya (114 916).

Beynəlxalq təşkilatın məlumatına görə, pandemiyanın başlanğıcından indiyədək 664 873 023 nəfər COVID-19-a yoluxub, 6 724 248 nəfər dünyasını dəyişib.

Nizami Bağırov