Ölkə 18:40 26.01.2023

Dünyanın şir və pələngləri Bakıda... - DZİVA

Bakı Dövlət Sirkində DZİVA adlı beynəlxalq sirk proqramı nümayiş olunacaq.

Teatrdan Qaynarinfo-ya verilən məlumata görə, şou proqram martın 1-dən başlayaraq aprel ayının 30-na kimi davam edəcək. 
DZİVA adlı sirk proqramının süjet xəttinin əsası şir və pələnglərin şousundan ibarətdir. Digər heyvanlardan itlərin də çıxışlarına xüsusi yer veriləcək. Dünyanın ən tanınmış klounlarının da çıxışı proqramı unudulmaz edəcək.

Bundan başqa, hava gimnastlarının qeyri-adi fərdi və kollektiv fəndləri, halqa şousu, dünya şöhrətli janqlyorun, akrobatların sirkin manejində kollektiv çıxışları kimi digər nömrələr də göstəriləcək. 

Qeyd edək ki, proqramın təşkilatçısı azərbaycanlı sirk ustası Allahverdi İsrafilovdur.
 
Bahar Rüstəmli