"Bu qərar Azərbaycanda düyünün qiymətinin bahalaşmasına səbəb olacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli Hindistanın "Basmati” istisna olmaqla, təmizlənmiş ağ düyü sortlarının ixracına qoyduğu qadağanın Azərbaycanın düyü bazarına təsirindən danışarkən deyib.
Onun sözlərinə görə, bahalaşma sözügedən qərardan dərhal sonra baş verməyəcək:
"Mağazalara gedəndə düyünün bahalaşmasının şahidi olmayacayıq. Bahalaşma bir neçə aydan sonra baş verəcək. Biz bu qərarın təsirini 3-6 aydan sonra bazarlarda hiss edəcəyik”.
Ekspert Azərbaycanın Pakistanla əlaqələrinin yaxşı olduğunu vurğulayıb. "Digər bir tərəfdən, Hindistanla müqayisədə Pakistandan alınan düyünüə çox bahalaşma olmasın deyə vergi tətbiqi ləvğ edilib. Pakistan prezidenti Bakıya gələndə belə bir saziş imzalanıb. Verginin ləğv edilməsinin məqsədi Pakistan düyülərini bazara daha çox gətirməkidr”,- deyə X. Kərimli vurğulayıb.
Ekspert hesab edir ki, Hindistanın düyü ilə bağlı qərarı bazarda düyünün qiymətini artıran qərardır:
"Hindistan dünya ixracatının 40 % təşkil edir. Bu qərardan sonra təqribən iki dəfə az düyü ixrac edəcək. Bu da onu göstərir ki, düyü qiymətləri artacaq. Onu da qeyd edim ki, düyünün bahalaşması digər dənli bitkilərin qiymətinə də təsir göstərə bilər”.
Qeyd edək ki, Hindistanın stehlakçı Məsələləri və Ərzaq Paylanması Nazirliyinin məlumatına görə, dünyada düyü ixracının 40 faizini təşkil edən Hindistanın hakimiyyət orqanları "Basmati” istisna olmaqla, təmizlənmiş ağ düyü sortlarının ixracını qadağan edib. Qadağan olunmuş sortlar düyü ixracının 25 faizini təşkil edir.
Bahar Rüstəmli
Şərhlər