Ölkə 12:49 12.12.2022

DYP postunun əməkdaşı faciəvi şəkildə öldü (FOTO)

Hacıqabul rayonunda ağır yol qəzası baş verib.

Qaynarinfo "Qafqazinfo”ya istinadən verir ki, ötən gün saat 19 radələrində Bakı-Qazax magistralının Hacıqabulun Pirsaat kəndindən keçən hissəsində "VAZ 21 015” markalı avtomobil arxadan "KamAZ” markalı yük maşınına çırpılıb. 

Nəticədə avtomobildə olan sərnişin, Şirvan şəhər sakini, 1972-ci il təvəllüdlü Abuzərli Ağabəy Dursun oğlu aldığı xəsarətlərdən vəfat edib, sürücü isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Vəfat edən A.Abuzərli Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin Nəvahi postunun mülki əməkdaşı olub.