Ölkə 19:26 06.12.2023

Şəhid atası vəfat etdi (FOTO)

Bu gün Neftçalada şəhid atası vəfat edib. 

Oxu.Az-ın məlumatına görə, şəhid Elşən Xankişiyevin atası Elşad Xankişiyev dünyasını dəyişib. 

Qeyd edək ki, şəhid Elşən Xankişiyev 2023-cü ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb.

E.Xankişiyev 21 sentyabr 2023-cü il tarixində Neftçala şəhəri Şəhidlər xiyabanında dəfn olunub.