Ölkə 09:52 16.07.2023

Şəhid qardaşların atası vəfat etdi (FOTO)

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Altay və Elgün Mövlanov qardaşlarının atası Tahir Mövlanov vəfat edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkələrdə paylaşım ediblər.

Qeyd edək ki, Lerikdən olan qardaşlardan biri 2020-ci ilin sentyabrın 30-da, o biri isə oktyabrın 30-da, anasının ad günündə şəhid olub.