Ölkə 16:35 16.10.2023

Şəhid Röyal Qaçayevin anım mərasimi keçirilib (FOTO/VİDEO)

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Röyal Qaçayevin anım mərasimi keçirilib. 

Qaynarinfo xəbər verir ki, oktyabrın 13-də baş tutan mərasimdə Röyal Qaçayevin məzunu olduğu Qobustan rayon Təklə kənd Uşaq Musiqi məktəbinin direktoru Zaur Cəfərov, müavini Kamran Əhmədov, şöbə müdirləri Vüqar Allahverdiyev, təhsil ocağının müəllim və şagird heyəti iştirak edib. 

Tədbirə həmçinin Qobustan rayonunun yerli rəhbərliyi, şəhidin ailə üzvləri və dostları qatılıb.

Röyal Qaçayevin məzunu olduğu musiqi məktəbinin kollektivi xatirə olaraq şəhidin məzarına əklil qoyub.

Röyal Qaçayev 5 yanvar 2002-ci il tarixdə Qobustan rayonunun Sündü kəndində anadan olub. 

O, 14 oktyabr 2020-ci ildə tarixdə Suqovuşan uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 

Röyal Qaçayev Prezident İlham Əliyev tərəfindən "Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə” və "Cəsur döyüşçü” medalları ilə təltif edilib. 

Aydın