Foto 22:31 30.04.2023

Şəkidə dolu bir sıra fəsadlar törədib (FOTO)

Şəkinin bir neçə kəndinə yağan dolu təsərrüfatlara ziyan vurub.

BAKU.WS report-a istinadən xəbər verir ki, axşam saatlarından başlayaraq rayonun Böyük Dəhnə, Kiçik Dəhnə, Şorsu və Aşağı Layısqı kəndlərinə dolu düşüb.

Yağıntı nəticəsində bəzi təsərrüfatlara və meyvə ağaclarına ziyan dəyib. Güclü külək nəticəsində adıçəkilən kəndlərə elektrik enerjisinin verilməsində fasilə yaranıb, bir neçə saat sonra elektrik enerjisinin verilməsi bərpa edilib.