Ölkə 14:05 03.11.2023

Ekspert “halal dərman”ı tənqid etdi: "Belə anlayış ola bilməz"

"Halal dərman anlayışı mübahisəli məsələdir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla səhiyyə naziri Teymur Musayevin "Halal dərman istehsalı ilə bağlı qanun ölkəyə yüksək keyfiyyətli dərmanların gətirilməsini yüngülləşdirəcək" fikirinə münasibətində deyib. 

Professor qeyd edib ki, Azərbaycanda şəriət dövləti yoxdur, dünyəvi dövlətdir və seçim də insanların öz əlindədir:



"Halal dərman anlayışı nədir? Halal məhsul ərəb dilindən alınan ifadədir, dünya dillərinə keçmiş və mahiyyətçə şəriət qaydalarına uyğun şəkildə tədarük edilən qida və s. məhsullarına deyilir. İslam şəriətində donuz əti haram buyurulub, ondan hazırlanan istəlinən məhsul da haram sayılır. Bu baxımdan, dərmanların hazırlanmasına müəyyən kapsullar, inqridentlər, müxtəlif maddələrdən istifadə edilə bilər”. 

Adil Qeybulla vurğulayıb ki, Azərbaycan müsəlman ölkəsi olsa da, burada xristianlar da yaşayır. Bu termin bütölükdə Azərbaycan xalqını əhatə edə bilməz”. 

Bahar Rüstəmli